VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Epic_Games

⇱ Epic Games — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Epic Games
👁 Loqonun şəkli
👁 Image
Ümumi məlumatlar
Tipi özəl şirkət
Sənaye videooyun sənayesi[d][1]
Məhsulları proqram təminatı[2],video oyun
Təsis tarixi 15 yanvar 1991
Struktur
İşçi sayı
  • 4.000nəf. (2023)
Tərəfdaşlar Bandcamp[3]
epicgames.com
epicgames.com/site/en-US…
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar

Epic Games — baş ofisi Şimali Karolina ştatının Kari şəhərində yerləşən Amerika videooyunproqram təminatı tərtibatçısı və yayımcısıdır. Şirkət 1991-ci ildə Tim Suini tərəfindən Potomac Computer Systems kimi təsis edilib və əvvəlcə onun ailəsinin Merilend ştatının Potomak şəhərindəki evində yerləşirdi. İlk kommersiya videooyunu olan ZZT-dən (1991) sonra şirkət 1992-ci ilin əvvəlində Epic MegaGames, Inc adını aldı və o vaxtdan vitse-prezident vəzifəsini Mark Reyn icra edir. 1999-cu ildə baş qərargahını Kariyə köçürən studiyanın adı Epic Games olaraq sadələşdirilib.

Epic Games Fortnite, Unreal, Gears of WarInfinity Blade seriyaları kimi daxili istehsal videooyunlarına da dəstək verən və kommersiya məqsədli oyun mühərriki olan Unreal Engine-nin inkişaf etdiricisidir. Unreal Engine 2014-cü ildə Ginnesin Rekordlar Kitabı tərəfindən "ən uğurlu videooyun mühərriki" seçilib.[4]

Epic Games, Chair Entertainment, Psyonix, MediatonicHarmonix oyun tərtibatçılarına, həmçinin bulud əsaslı proqram təminatçısı Cloudgine-ə sahibdir və Sietl, İngiltərə, Berlin, YokohamaSeulda studiyaları idarə edir.