VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Farenheyt

⇱ Farenheyt şkalası — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
(Farenheyt səhifəsindən istiqamətləndirilmişdir)
Farenheyt şkalası
Ümumi məlumatlar
Simvolu
Adını daşıyır Qabriel Farengeyt
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar
👁 Image
Farenheyt istifadə edən ölkələr. Farenheyt və Selsi istifadə edən ölkələr. Selsi istifadə edən ölkələr.

Farenheyt1724-cü ildə alman fiziki Daniel Qabriel Farenheyt (1686-1736) tərəfindən irəli sürülmüş istilik ölçü vahididir. XX əsrin 60-70-ci illərinə qədər ingilisdilli ölkələrdə geniş istifadə edilsə də, sonradan Selsi şkalasının populyarlıq qazanması ilə istifadədən çıxmışdır. Hazırda yalnız ABŞ, Kayman adalarıBelizdə geniş istifadə edilir.

Farenheyt şkalasına görə normal atmosfer təzyiqində suyun donma temperaturu +32°F, qaynama temperaturu isə +212°F təşkil edir. Farenheyt şkalası üzrə 1 dərəcə bu iki temperatur göstəricisi arasındakı fərqin 1/180-ə bərabərdir.

👁 Image
Selsi və Farengeyt termometrlərinin müqayisəsi.

Bu şkalanın yaranmasının bir neçə versiyası var. Onlardan birinə görə Qabriel Farengeyt öz şkalasında 0-cı dərəcə kimi bərabər nisbətdə qarışdırılmış su və xörək duzunun donma temperaturunu, 100-cü dərəcə kimi isə insanın normal bədən temperaturunu götürmüşdür. Lakin burada Farengeyt səhvə yol verib. Belə ki, insanın normal bədən temperaturu 97,9°F təşkil edir. Bunu isə başqa bir versiya ilə izah edirlər. Guya Q. Farengeyt öz həyat yoldaşının bədən temperaturunu əsas götürübmüş, lakin o bir qədər xəstə olduğuna görə onun bədən temperaturu normadan artıq olub və 2,1°F fərq də məhz buradan qaynaqlanır. Q. Farengeyt həmişə hesab edirdi ki, onun şkalasında mənfi göstərici ola bilməz. Bu da onun heç vaxt soyuq ölkələrdə olmamasından irəli gəlir (Farengeyt şkalası ilə 0°F Selsi şkalasında -273°C-yə bərabərdir).

Riyazi çevirmə

[redaktə | vikimətni redaktə et]

Farenheyt şkalasının 1 dərəcəsi Selsi şkalasında 5/9 dərəcəyə bərabərdir.

Farenheyt şkalasında olan istiliyi SelsiKelvin şkalalarına, həmçinin əksinə çevirə bilmək üçün aşağıdakı düsturlardan istifadə edilir:

Selsi şkalasından Farenheyt şkalasına:

👁 {\displaystyle t_{F}=t_{C}\cdot {9 \over 5}+32}

Farenheyt şkalasından Selsi şkalasına:

👁 {\displaystyle t_{C}=(t_{F}-32)\cdot {5 \over 9}}

Kelvin şkalasından Farenheyt şkalasına:

👁 {\displaystyle t_{F}=t_{K}\cdot {9 \over 5}-459,67}

Farenheyt şkalasından Kelvin şkalasına:

👁 {\displaystyle t_{K}=(t_{F}+459,67)\cdot {5 \over 9}}

Digər temperatur ölçü sistemləri ilə müqayisə

[redaktə | vikimətni redaktə et]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]