VOOZH about

URL: https://az.wikipedia.org/wiki/La_Pas

⇱ La-Pas (Boliviya) — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
(La Pas səhifəsindən istiqamətləndirilmişdir)
Paytaxt
La-Pas
La Paz
Chuqiyapu
👁 Image
👁 Bayraq
👁 Gerb
Bayraq Gerb
16°29′45″c.e. 68°08′00″q.u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 20 oktyabr 1548
Sahəsi
  • 472km²
Mərkəzinhündürlüyü 3.640m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 755.732nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +5912
Poçt indeksi 0201–0220
Digər
lapaz.bo
Xəritəni göstər/gizlə
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar

La Pas, tam adı Nuestra Senyora de la Pas (isp.La Paz, Nuestra Señora de La Paz, aym.Chuqi Yapu)[3] — Boliviyada şəhər, ölkənin faktiki paytaxtı (1898-ci ildən), həmçinin La Pas departamentinin inzibati mərkəzi.

Şəhər əhalisi şəhərətrafı əhali ilə birlikdə 1 609 000 nəfərdir.

Boliviyanın rəsmi paytaxtı Sukre olmasına baxmayaraq La Pasda dövlət idarələrinin çoxu, o cümlədən prezident iqamətgahı yerləşir.

La Pas eyniadlı çayın sahilində, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşir. Şəhər bir neçə milyon il bundan əvvəl sönmüş vulkanın kraterində salınıb. Yüksəklikdə yerləşdiyinə görə iqlimi sərindir. Ən isti ayı — noyabr (+15 °C), əb soyuq ayı -iyul (+7 °C).

Şəhər 1548-ci ildə Alonso de Mendoso tərəfindən qədim hindu qəsəbəsi Çukiaqonun yaxınlığında salınıb, ilk adı Nuestra Senyora de la Pas idi (Nuestra Señora de La Paz — "Bizim sülh anamız"). 1898-ci ildə ölkənin faktiki paytaxtına çevrilir. Tarixən çox sayda qiyamların, inqilabların və dövlət çevrilişlərinin şahidi olub.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Şəhərdə yeyinti, yüngül və tütün sənayesi müəssisələri yerləşir. Dəmiryol xətti var, beynəlxalq aeroporta malikdir.

Maraqlı faktlar

[redaktə | vikimətni redaktə et]

La Pas ən yüksəklikdə yerləşən milyoner şəhər və paytaxtdır. El Alto Beynəlxalq Aeroportu ən yüksəklikdə yerləşən beynəlxalq aeroportdur (dəniz səviyysindən 4050 metr yüksəklikdə).

Yüksəkliyə görə La Pasda su 88 °C-də qaynayır (190 °F).

La Pas şəhərinin mərkəzi avtobus stansiyası Eyfel qülləsinin layihəçisi Qustav Eyfel tərəfindən layihələndirilib.

  1. ArchINFORM(alm.). 1994.
  2. https://www.citypopulation.de/en/bolivia/admin/la_paz/020101__la_paz/.
  3. Yaticha Kamani / Ministerio de Educación, Aymara aru thakhinchawi, Chuqi Yapu 2011