VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Sergio_Rossi

⇱ Sergio Rossi — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Sergio Rossi
it. Sergio Rossi
Doğum tarixi 31 iyul 1935(1935-07-31)[1]
Doğum yeri
Vəfat tarixi 2 aprel 2020(2020-04-02)[3][4] (84 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Koronavirus xəstəliyi[3][5]
Fəaliyyəti ayaqqabı dizayneri[d],sahibkar
Fəaliyyət illəri 1951–2020

Sergio Rossi (31 iyul 1935[1], San-Mauro-Paskoli[d][2]2 aprel 2020[3][4], Çezena[2][5]) — İtaliyalı dizayner. "Sergio Rossi" adlı lüks ayaqqabı markasının yaradıcısı.

Sergio Rossi 31 iyul 1935-ci ildə Emiliya-Romanya regionunun San Mauro Pascoli şəhərində doğulub.

İtaliyalı dizaynerə 2020-ci ilin martında koronavirusa yoluxma diaqnozu qoyulub və o, Çezenada xəstəxanaya yerləşdirilib. S.Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, 84 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.[6]

O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi"ni yaratdıqdan sonra məşhurluq qazanıb.