VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Sosiofobiya

⇱ Sosiofobiya — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya

Sosiofobiya (lat.socius - ümumi, birlikq.yun.φόβος) — ictimai yerlərdə çıxış etmək, başqa insanlar qarşısında öz fikrini bildirməkdən çəkinən insanlara aiddir. Onlar gülünc görünməkdən, fikirlərini çatdıra bilməməkdən qorxurlar.[1]

Karvasarski ikinci qrupu qorxuları sosiofobiya adlandırır. Bura daxildir: ereytofobiya (insanlar arasında qızarmaq qorxusu), ictimai çıxışlardan qorxma, yad insanların yanında hər hansı bir hərəkəti etmənin mümkünsüzlüyünü qorxusu (məsələn: stuldan qalxıb ayaqyoluna getmək) və s. Bu cür qorxular ətrafdakılara nə qədər cəfəng görünürsə, qorxu daşıyıcılarına bir o qədər dramatik gəlir. Məsələn, deyilənə görə, məşhur Danimarka astronomu Tixo Braqe ziyafət zamanı utanıb ayaqyoluna vaxtında getmədiyi üçün sidik kisəsi iltihabından ölmüşdür.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Azərbaycan dilində online sosial fobiya testi

Psixologiya haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.