![]() |
VOOZH | about |
Ən nazik versiyası ilə 6,98mm ölçüdə4
Ultraincə korpusu sayəsində onu əldə tutmaq olduqca rahatdır. Parlaq hamar ekran maksimum dəbli görünüş təmin edərək cihazın əldə tutulmasını rahat hala gətirir.
Portret tərzini kəşf edin: Gözəlliyi hüdudsuz təcəssüm etdirən təbii və nəfis örtüklərdən tutmuş dəbli örtüklərə qədər sonsuz tərzləri kəşf edin. XD Portret Mühərriki ilə portret fotoqrafiyanızı yeni pilləyə qaldırın. O, üz konturlarını gücləndirir, dəri teksturasını yaxşılaşdırır, görünüşü təmizləyir, hər bir portreti möhtəşəm sənət əsərinə çevirərək işıq və kölgə arasında mükəmməl balans yaradır.
Füsunkar dünyanı nova 13 obyektivi ilə kəşf edin. Şövqünüzü, xoş anlarınızı əbədiləşdirin və hər çərçivədə həyatın parıltısını kəşf edin.
5000 mAh güclü batareya9 ilə təchiz edilmiş bu cihaz fasiləsiz enerji təmin edir. O, 100 Vt HUAWEI SuperCharge Turbo2 sayəsində cəmi 10 dəqiqəyə 50%-ə qədər enerji yığır.10
Böyük batareya
HUAWEI SuperCharge Turbo
Sİ ilə enerjiyığma temperaturuna nəzarət
0,1℃ dəqiq qradiyent nəzarəti sayəsində cihaza toxunduğunuz zaman soyuq olduğunu hiss edəcəyiniz təhlükəsiz, rahat enerjiyığma üçün sabit cərəyandan faydalanın.
Batareya və enerjiyığmanın idarə olunması
Adapter və kabellər üçün çoxdiapazonlu mühafizə, həmçinin gecə enerjiyığma və həddən artıq enerjiyığma üçün təhlükəsizlik mexanizmləri batareya ömrünü effektiv şəkildə uzadır.
Sİ displey turbo ilə təkmilləşdirilmiş 6,7 düym5 OLED hamar kənarlı ekran sayəsində aydın və canlı şəkil keyfiyyəti təklif edilir. Özünüzü həmin an orada hiss etdirəcək mürəkkəb detallar sayəsində hər mənzərə parlaq və canlı görünür.
Göz yormayan Sİ displeylə təchiz edilmiş bu cihaz şəklin məzmununu smart funksiyaları sayəsində müəyyənləşdirir. O, orta qaranlıqda detalların parlaqlığını azişıqlı parametrlərdə 104%-ə qədər artıraraq parlaqlıq və qaranlığı piksel səviyyəsində tənzimləyir.13 Parlaq sahələr göz yormur və işıq ləkəsi müşahidə edilmir. Həmçinin rahat vizual təcrübə təmin edərək mavi işıq və parlaqlığı uyğunlaşdırır.
Piksel səviyyəsində, hər çərçivə üzrə tənzimlənən Sİ displeyi
Aşağı mavi işıq, dövri gecə işığı requlyatoru
İkisensorlu adaptiv işıq requlyatoru
Yeni mövzular individuallıqla dolu olub unikal yanaşmanızı ifadə edir. Sevimli elementlərinizi əlavə edin, hətta Qalereyanızdakı şəkilləri stiker kimi kəsin, qoy yaradıcılığınız sonsuz DIY (Özün hazırla) imkanları ilə zirvəyə çatsın.
Çoxsaylı məxfilik təhlükəsizliyi mərhələləri sayəsində şəxsi məlumatlarınız təhlükəsiz və zərərsiz şəraitdə saxlanılır.