VOOZH about

URL: https://az.wikipedia.org/wiki/David_Tonoyan

⇱ David Tonoyan — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
David Tonoyan
erm. Դավիթ Էդգարի Տոնոյան
👁 Image
10 may 201820 noyabr 2020
ƏvvəlkiVigen Sarqsyan[d]
SonrakıVağarşak Harutyunyan[d]
Ermənistanın fövqəladə hallar naziri
6 fevral 201710 may 2018
ƏvvəlkiArmen Yeritsyan[d]
SonrakıHraçya Rostomyan[d]
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1967(1967-12-27) (58 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı 2
Dini Erməni Həvari kilsəsi
Təltifləri 👁 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni
👁 1-ci dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" medalı
👁 2-ci dərəcəli "Vətənə xidmətlərinə görə" medalı
👁 "Qüsursuz xidmətə görə" medalı (Ermənistan)
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar

David Edqari Tonoyan (erm.Դավիթ Էդգարի Տոնոյան; 27 dekabr 1967, Öskemen) – Ermənistan siyasi xadimi və Ermənistanın keçmiş Müdafiə naziri.

David Tononyan 27 dekabr 1967-ci ildə Qazaxıstan SSR-nın Şərqi Qazaxıstan vilayətində Oskemen şəhərində anadan olmuşdur. 1986-cı ildə Sovet Silahlı Qüvvələrinin Zaqafqaziya Hərbi Dairəsinə qoşuldu. 1991-ci ildə İrəvan Dövlət Universitetində təhsil almaq məqsədilə İrəvana köçdü. 1998–2007-ci illərdə Tonoyan NATO-nun Brüsseldəki qərargahında müxtəlif vəzifələr tutmuş, üç il Ermənistanın NATO-dakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə Tonoyan Müdafiə Nazirliyindəki beynəlxalq hərbi əməkdaşlıq və müdafiə siyasəti şöbələrinə rəhbərlik etmək üçün Ermənistana qayıtdı. 2010-cu ildən 2017-ci ilə qədər Tonoyan Seyran Ohanyan və Viqen Sarkisyanın rəhbərliyi altında Ermənistan Müdafiə nazirinin birinci müavini vəzifəsində işləyib. Fevralın 6-da imzalanan prezident sərəncamına əsasən David Tonoyan fövqəladə hallar naziri vəzifəsinə təyin edilmişdi.[1] Baş nazir Nikol Paşinyan Tonoyanı 2018-ci ilin 11 may tarixində müdafiə naziri vəzifəsinə təyin etdi. Ailəlidir, iki övladı var.[2][3]

O, 20 noyabr 2020-ci il tarixində istefa ərizəsi verib.[4] O, vida nitqində müharibə zamanı yaxınlarını itirənlərdən üzr istəyib.[5]

Tonoyan 2021-ci il sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib və silah alverçisi Davit Qalstyanla birlikdə dövlətə təqribən 2,3 milyard erməni dramı (4,7 milyon dollar) ziyan vurmaqla fırıldaqçılıq və mənimsəmədə ittiham olunub.[6]

  1. "Arxivlənmiş surət". 5 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2020.
  2. "Arxivlənmiş surət". 28 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2020.
  3. "Official Government Website". 8 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyul 2018.
  4. Armenia’s Defense Minister steps down Arxivləşdirilib 2020-11-28 at the Wayback Machine Armenpress, 20 November 2020
  5. "David Tonoyan's message". mil.am (ingilis). 26 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2020.
  6. Khulian, Artak; Nalbandian, Naira. "Former Armenian Defense Minister Arrested". Azatutyun. 30 sentyabr 2021. 30 sentyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2021.