VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Linus_Torvalds

⇱ Linus Torvalds — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Linus Torvalds
isv. Linus Torvalds
👁 Image
Doğum tarixi 28 dekabr 1969(1969-12-28)[1][2][…] (56 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti proqramçı,proqram yaradıcısı,yazıçı,ixtiraçı,bloger[d],informatik,mühəndis,iş adamı
Elmi dərəcəsi
torvalds-family.blogspot.com
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar

Linus Benedikt Torvalds (28 dekabr 1969[1][2][…], Helsinki[3]) — fin proqram təminatı mühəndisi. O, Linux nüvəsinin yaradıcısı və baş tərtibatçısıdır. Torvalds həmçinin Git versiya nəzarət sisteminin yaradıcısıdır.

Linus Torvalds 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

Linux nüvəsinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir.

Linuxu fərdi kompüterlərdə (PC) işləyən tam təşəkküllü Unixvari əməliyyat sistemini proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Endrü Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır.

Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.

  1. 1 2 Linus Torvalds // Babelio(fr.). 2007.
  2. 1 2 Linus Torvalds // Munzinger Personen(alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #122924517 // Gemeinsame Normdatei(alm.). 2012—2016.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]