| Qvatemala Respublikası | |||||
|---|---|---|---|---|---|
| República de Guatemala | |||||
| |||||
|
El País de la Eterna Primavera |
|||||
|
Himn:Guatemala Feliz |
|||||
|
👁 Image |
|||||
| Rəsmi dili | ispan dili | ||||
| Etnik qrupları | Mestizo, köklü xalqlar və ağ insanlar | ||||
| Paytaxt |
Qvatemala şəhəri 14°38′şm.e. 90°30′q.u.HGYO |
||||
| Ən böyük şəhəri | paytaxtı | ||||
| İdarəetmə forması | Prezident respublikası | ||||
| Prezident | Bernardo Arevalo | ||||
| Vitse-prezident | Karin Errera | ||||
| Sahəsi | Dünyada107-ci | ||||
| •Ümumi | 108890 km² | ||||
| •Su sahəsi (%) | 1,6 | ||||
| Əhalisi | |||||
| •Əhali (2015-ci yer) | 15,1 milyon nəfər (67-ci) | ||||
| •Siyahıyaalma (24.XI.2002) | 11 237 196 nəf. | ||||
| •Sıxlıq | 138 nəf./km² | ||||
| ÜDM (AQP) | |||||
| •Ümumi (2014) | 119 milyarddollar (79-cu) | ||||
| •Adambaşına | 7 500dollar (151-ci) | ||||
| İnternet domeni | .gt | ||||
| ISO kodu | GT | ||||
| Telefon kodu | 502 | ||||
| Saat qurşaqları | |||||
| Nəqliyyatın yönü | sağ | ||||
| 👁 Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar | |||||
Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir. 2020-ci ildə keçirilən prezident seçkilərində Alejandro Giammattei yeni prezident seçilmişdir.
Adın etimologiyası
[redaktə | vikimətni redaktə et]Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir.
Tarix
[redaktə | vikimətni redaktə et]1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir. Elə həmin ildə ölkə müstəqillik əldə edir.
1823-1839-cu illərdə Mərkəzi Amerika Birləşmiş Əyalətləri Federasiyasının tərkibində varlığını sürdürür.
Bir sıra hərbi çevrilişlərdən sonra 1952-1985-ci illərdə ölkədə hərbi diktatura rejimi bərqərar olur.
Nəhayət 1996-cı ildə hökumətlə Qvatemala Milli İnqilabi Hərəkatı arasında sülh haqqında müqavilə imzalanır.
Fiziki-coğrafi xarakteristika
[redaktə | vikimətni redaktə et]Ölkə Şimali Amerika qitəsində yerləşir və qərbdə Meksika, cənubda Salvador, şərqdə Beliz və cənub şərqdə Honduras ilə qonşudur.
İnzibati ərazi bölgüsü
[redaktə | vikimətni redaktə et]Ölkənin ərazisi 108,889km²-dir. Şəhər və kəndlərdən ibarətdir.
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Mərkəzi Amerikanın ən kasıb ölkələrindən biri hesab olunur. Hazırda 400.000 insanın işsiz olduğu göstərilir. Başqa sözlə əhalinin 56,2% yoxsul şəraitdə yaşayır.
Əhali
[redaktə | vikimətni redaktə et]15,806,675. Əhalinin 59,4%-ni metislər, qlanın isə başqa yerli etnoslar təşkil edir.
Dil
[redaktə | vikimətni redaktə et]Rəsmi dil ispan dili olsa da bəzi qismlərdə yerli qvatemal dilində danışırlar.
Din
[redaktə | vikimətni redaktə et]Əhalisinin 50-60%-i xristianlığın katolik məzhəbinə, 30-40%-i protestanlıq, qalanları isə provaslavlıq məzhəbinə qulluq edirlər.
Mədəniyyət
[redaktə | vikimətni redaktə et]Ölkənin paytaxtında müxtəlif muzey və qallereyalar fəaliyyət göstərir.
İdman
[redaktə | vikimətni redaktə et]Futbol ölkənin ən populyar idman növüdür.
Təhsil
[redaktə | vikimətni redaktə et]Ölkədə adətən ikinci dərəcəli məktəblər fəaliyyət göstərir və bunların hamısı pulsuzdur.
Mətbəx
[redaktə | vikimətni redaktə et]Əsaəsən mayya mətbəxinin nümunələrindən qida kimi istifadə olunur.
