VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Ruanda

⇱ Ruanda — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Ruanda Respublikası
Repubulika y'u Rwanda
République du Rwanda
👁 Bayraq
👁 Gerb[d]
Bayraq Gerb[d]
"Ubumwe, Umurimo, Gukunda Igihugu"
"Birlik, İş, Vətənpərvərlik"
Himn:
👁 Image
Tarixi
•Müstəqillik 1 iyul 1962
Rəsmi dili Ruanda dili, İngilis diliFransız dili
Etnik qrupları Hutu 84%
Tutsi 15%
Tua 1%
Paytaxt Kiqali
1°56,63′c.e. 30°3,57′ş.u.HGYO
Ən böyük şəhəri Kiqali-1 257 min ( 2015-ci il), Ruxenqeri, Qiseni
İdarəetmə forması konstitusiya respublikası
Prezident Pol Kaqame
Baş nazir Justin Nsengiyumva
Sahəsi Dünyada145-ci
•Ümumi 26338 km²
•Su sahəsi (%) 5.3
Əhalisi
•Əhali (2015) 11,262,564 nəfər (76-cı)
•Siyahıyaalma (15.VIII.2012) 10,515,973 nəf.
Sıxlıq 445 nəf./km² (29-cu)
ÜDM (AQP)
•Ümumi (2015 təxmini) 10,004 milyard $dollar
•Adambaşına 1,784dollar
ÜDM (nominal)
•Ümumi (2015) 8.763 milyard $dollar
•Adambaşına $769dollar
İİİ (2010) 0.513
Valyuta Ruanda frankı (RWF)
İnternet domeni .rw
ISO kodu RW
Telefon kodu 250
Saat qurşaqları +2
Nəqliyyatın yönü sağ
👁 Vikianbarın loqosu
 Vikianbarda əlaqəli mediafayllar
Ruanda

Ruanda (ing. Rwanda; ruan. Rwanda; fr. Rwanda, suah. Rwanda) və ya rəsmi adı ilə Ruanda Respublikası (ing. Republic of Rwanda, ruan. Republika y'u Rwanda; fr. République du Rwanda; suah. Jamhuri ya Rwanda) — Şərqi Afrikada dövlət. Ruanda dənizə çıxışı olmayan ölkələrdəndir. Şimaldan Uqanda, qərbdən Kivu gölü də daxil olmaqla Konqo Demokratik Respublikası, cənubdan Burundi, şərqdən isə Tanzaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kiqali, ümumi sahəsi 26,338 kvadrat kilometr, əhalisinin sayı 12 milyon nəfərdən çoxdur.

👁 Image
Ruanda

Ölkənin sərhəd xəttinin ümumi uzunluğu 893km-dir. Bunun da 290km Burundi, 217km KDR, 217km Tanzaniya və 169km isə Uqanda ilədir.

Ölkə ümumiyyətlə dərin vadilərlə bəzən kəsilmiş dağlıq və yaylalık bir ölkədir. Ruandada orta yüksəklik 1.500 m səviyyəsində olub, ölkə daxilində 1.000 m ilə 4.507 m arasında dəyişir. Ölkənin ən hündür nöqtəsi KDR ilə sərhəddə yerləşən və Virunqa vulkanin dağlarının bir hissəsi olan Karisimbi dağıdır.

Əhalinin sayı — 12,012,589 (2015-cü ilin iyuluna).

İllik artım — 2,8%.

Orta ömrün uzunluğu — kişilərdə 49 il,qadınlarda 52 il. (2011-ci il).

Yoluxma immun çatışmazlığının (immun çatışmazlığı virusu) virusuyla — 2,8% (2007-ci il qiymətləndirilməsi).

Şəhər əhalisi — 18%.

Savad — kişilərin 76%-i, qadınların 64%-i.(2003-cü il qiymətləndirilməsinə əsasən)

Ruanda daxilində eyni dilə, mədəniyyətə sahib olan bir cəmiyyət yaşamaqdadır. Hazırdan mövcud olan Tutsi, Hutu və tva etnik qrupları Ruandanın müstəmləkə bölgəsi olaraq əvvəl Almaniya daha sonra isə Belçika tərəfindən müxtəlif üsularla idarə olunması nəticəsində bu ölkələr tərəfindən müəyyən status verilərək bölüşdürülmüşdür və hər biri etnik qrup yerinə qəbilələrə ayrılmışdır. İlk olaraq üst səviyyəni təşkil edən tutsiləri dəstəkləyən müstəmləkəçi ölkələr tutsilərdən öz məqsədləri üçün istifadə etmiş, qəbilə olaraq ayırdıqları qrupları da ümumi olaraq xarici görünüşünə və peşəsinə görə siniflərə ayıraraq Tutsi (iribuynuz heyvan sahibləri), Hutu (əkinçi) və tva (ovçu) ayrı-seçkiliyi aparıblar.

Bu ayrı-seçkilik nəticəsində fərqlilikləri nəzərə çarpan bir şəkilə gələn qruplar sonrakı illərdə ölkə daxilində daha böyük problemlərin yaşanmasına səbəb olmuşdur. Nəticədə Ruanda soyqırımı adlandırılan hadisə ruandalı tutsi əhalisinin dörddə üçünün həyatını itirməsinə səbəb olmuşdur.

Etnik tərkib — Hutular (Bantular) 84%, Tutsilər (Həmidlər) 15%, Tvalar (piqmeylər) 1%.

Dinlər — katoliklər (49,5%), protestantlar (43,4%), müsəlmanlar (1,8%). Protestantlığın böyük məzhəbləri anqlikanlılar, adventistlər və pentikostalların bir milyondan çox təəssübkeşləri var.

👁 Image
Ruanda ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.