| Yesuagen | |
|---|---|
Qafqaz Albaniyasının VII çarı (Arşakilər) | |
| 424– 444 | |
| Əvvəlki | Asay |
| Sonrakı | II Vaçe |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir[1] |
| Vəfat tarixi | |
| Atası | Asay yaxud Satoy [2] |
| Anası | III Şapurun bacısı |
| Həyat yoldaşı | II Yezdəgirdin bacısı |
| Uşaqları |
II Vaçe Xoçkorik III Vaçaqan Adsız bir qız |
| Ailəsi | Alban Arşakiləri[1] |
| Dini | Alban Həvari Kilsəsi |
Yesuagen (yaxud Esuagen və Asuagen) — Qafqaz Albaniyası çarı. Onun dövründə köhnə əlifbanın təkmilləşdirilməsi yolu ilə yeni Alban əlifbası yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V – VIII əsrlərin erməni müəllifləri Koryun, Movses Xorenli xəbər verirlər.[3] II Yezdəgirdin bacısı ilə evlənmişdi. 444-cü ildə II Vaçe tərəfindən əvəz olundu.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Moisey Kalankatlının verdiyi məlumata görə çar Yesuagenin 4 övladı olmuşdur:
- II Vaçe — taxtda onu əvəz etmişdi
- Xoçkorik — qeyri-qanuni oğlu idi
- III Vaçaqan
- Adsız bir qız — Girdman knyazı Barzabod Mehrani ilə evlənmişdi.
Yesuagenin nişanı
[redaktə | vikimətni redaktə et]Yesuagenin monoqramı 1975-ci ildə fransız alim Filipp Ginyo tərəfindən yayımlanan Sasani şahlarının möhürlərinin arasında Mürtəzalı Hacıyev tərəfindən tapılmış, S. Y. Qasımova tərəfindən çar Yesuagenə aid olduğu təsdiqlənmişdir.[4] Möhür ay ilahəsi ilə əlaqəlidir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 Հայկական սովետական հանրագիտարան(erm.). / red. Վ.Համբարձումյան, Կ.Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 2000.
- ↑ Mürtəzalı Hacıyev, Asvagenin möhrü məqaləsi
- ↑ Moisey Kalankatlı. Alban ölkəsinin tarixi, VI
- ↑ Intailles sasanides de la collection Pirousan Monumentum H. S. Nyberg III. Teheran — Liege, 1975, p.17, pl. I, fig. 22
- ↑ S. Y. Qasımova — Le sceau du Catolicos d`Albanie et du Balasagan Studia Iranica. T. 20, fasc. 1, 1992, p.31–32
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
