VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Zabit_Quliyev

⇱ Zabit Quliyev — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Ərəbxana, Kürdəmir rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı 👁 SSRİ
SSRİ

👁 Azərbaycan
Azərbaycan
Hərbi fəaliyyəti
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri 👁 "Qızıl ulduz" medalı

Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, [1][2][3] Birinci Qarabağ müharibəsi iştirakçısı,

6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb.[1]

Döyüşlərdə iştirakı

[redaktə | vikimətni redaktə et]

Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir. Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib.[1]

Ailəlidir, bir övladı var.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.[1]

  1. 1 2 3 4 Azərbaycanın Milli Qəhrəmanları: Biblioqrafiya (PDF). Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. 2008. səh.129.
  2. "Quliyev Zabit Adil oğlu". avciya.az. 16 iyul 2019 tarixində arxivləşdirilib.
  3. "Quliyev Zabit Adil oğlu". veten-ugrunda.az. 15 oktyabr 2015. 16 iyul 2019 tarixində arxivləşdirilib.