VOOZH about

URL: https://az.wiktionary.org/wiki/pul

⇱ pul — Vikilüğət


Məzmuna keç
Vikilüğət, azad lüğət

👁 Image
azərbaycanca: pul

👁 Image
Mənalar:

  1. Alqı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağız pul. Xırda pul. – Yusif əmi hazır elədiyi pulu verib dedi ki, dəxi bundan savayı pulumuz yoxdur. C.Məmmədquluzadə. _Pul çıxarmaq – pul əldə etmək, gəlir götürmək. Hər şeydən pul çıxarmaq. Pul dartmaq (qoparmaq) – birisindən hər hansı bir yolla pul almaq və ya pul çəkməyə çalışmaq. Pul eləmək – satıb pula çevirmək, əvəzində pul almaq. İbrahim atın çıxartdı bazara, satdı, pul elədi. (Nağıl). Pul kəsmək – metal pul zərb etmək, kağız pul kəsmək. Pul qoymaq – hər hansı bir məqsədlə çoxlu pul xərcləmək. [Pəri:] Gərək lazım gələcək qədər pul qoyub [Gülnisəni] xilas edəm. C.Cabbarlı. Pul tökmək – çoxlu pul xərcləmək, pul qoymaq. ..Qızının sağalması üçün pul tökməyə, hətta var-yoxundan çıxmağa hazır idi. Ə.Abasov. Pul yemək – özünə tapşırılmış pulu mənimsəmək. Biri nəvvadeyi-dəllək Səfər, adı Sultan; Pul yeməkdən ötəri taki olubdur deptat. S.Ə.Şirvani. [Məşədi İbad:] Bəs bu nə kələkdir ki, Rüstəm bəy .. mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir. Ü.Hacıbəyov. Pulunu cibinə qoymaq məc. – sataraq pul hasil etmək, nağd pula çevirmək. ..Biz Allaha deyirik ki, biz sənə ibadət elədik, sən də bizə yağış göndər ki, pambıqlarımızı suvaraq və pambığı sataq, pulunu qoyaq cibimizə. C.Məmmədquluzadə.
  2. Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərək, pulcuq; ağca. Balığın pulunu təmizləmək. ◊ Pula dönmək – qıpqırmızı olmaq, bərk qızarmaq. Pultək (kimi) qızarmaq (olmaq) – xəcalətdən, utanmaqdan üzü bərk qızarmaq, qıpqırmızı olmaq. Xəcalətindən pul kimi oldu. – Kargüzar qız pul kimi qızarıb istər-istəməz yazmağa başladı. S.Rəhimov. Utandığındanmı, xəcalət çəkdiyindənmi başını yuxarı qaldıra bilmirdi. Sifəti pul kimi qızarmışdı. Ə.Vəliyev.

👁 Tərcümələr
Dünya xalqlarının dillərində

[redaktə]

👁 Image
Tərcümələr:

{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
Hind-Avropa dil ailəsi: Alman qrupu
Hind-Avropa dil ailəsi: Roman qrupu
Hind-Avropa dil ailəsi: Baltik qrupu
Hind-Avropa dil ailəsi: Slavyan qrupu
Ural-Altay dil ailəsi: Baltık-Fin-Uqor qrupu
Dravid dil ailəsi
Çin-Tibet dilləri ailəsi: Sinik (Çin) qrupu
Mon-Xhmer dil ailəsi
Hind-Avropa dil ailəsi: Yunan qrupu
Tay-Kaday dil ailəsi
Hind-Avropa dil ailəsi: İran qrupu
Ural-Altay dil ailəsi: Koreya qrupu
Ural-Altay dil ailəsi: Yapon qrupu
Sunda-Sulaves dil ailəsi
Afro-Asiyatik dil ailəsi
Hind-Avropa dil ailəsi: Hind qrupu
Hind-Avropa dil ailəsi: Erməni qrupu
Avstroneziya dil ailəsi
Niger-Konqolez dil ailəsi
Hind-Avropa dil ailəsi: Kelt qrupu
Çin-Tibet dilləri ailəsi: Tibet-Burma qrupu
Hind-Avropa dil ailəsi: Alban qrupu
Qafqaz dillərinin cənub qrupu
Bask dili
And-Ekvador dil aiəsi: Keçuva qrupu
Ural-Altay dil ailəsi: Monqol qrupu
Qafqaz dillərinin şimal-qərb qrupu: Abxaz-adıqey dilləri
Qafqaz dillərinin şimal-şərq qrupu: Nax-dağıstan dilləri

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]
👁 Image
👁 Image

👁 Image
Tərcümələr:

{{fullurl:Şablon:{{{3}}}|action=edit}}

: акча (ky)

👁 Image
türkcə: pul

👁 Image
Mənalar:

  1. Marka
  2. Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərəklər, pulcuqlar
👁 Image
türkcə:pul(tr) - 👁 Image
azərbaycanca:marka(tr)
👁 Image
türkcə:pul(tr) - 👁 Image
azərbaycanca:pul(ttr)

Özbək dili

[redaktə]

İsim

[redaktə]

pul(cəmpullar)

  1. pul

İsim pul (tk)-👁 Image
azərbaycanca:pul (tk)