VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Davudoba

⇱ Davudoba — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Davudoba
41°27′şm.e. 48°39′ş.u.HGYO
Ölkə 👁 Image
Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 656 (2009)nəfər
Digər
[http:// ]
Xəritəni göstər/gizlə

DavudobaAzərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd.[1] Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.[2]

Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Yergüc kəndinin sakini Davud adlı şəxsə məxsus qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir[3]. Həmin vaxt yergüclülərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir.

Davudoba oyk, mür. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba qəzasının Yergüc kəndində Davud adlı şəxsə məxsus qışlaq yerində yaranmışdır. Oykonim "Davuda məxsus oba" mənasındadır.[4]

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]
  • Kənd düzənlik ərazidə yerləşir.

Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan yergüclülər təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.[5]

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
  2. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 11 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2013.
  3. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.