VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Zizik

⇱ Zizik — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Zizik
41°23′33″şm.e. 48°34′50″ş.u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə

ZizikAzərbaycan Respublikasının Quba rayonunun Alekseyevka kənd inzibati ərazi dairəsində kənd.[1]

Zizik oyk.. sadə. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Yerli məlumata görə, kəndi XIX əsrdə Dağıstanın Qasımkkənd r-nunun Zizik kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oykonim ərazidəki eyniadlı Zizik dağın adından yaranmışdır.[2] Dağıstanın Süleyman-Stalski rayonunda eyni adda Zizik kəndi var.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1588 nəfər əhali yaşayır.[3]

Kənddə Zizik kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

Tanınmış şəxslər

[redaktə | vikimətni redaktə et]

Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentininİttihad Partiyası üzvü. Azərbaycan Parlamentinə millət vəkili, eyni zamanda Bakı qubernatorunun köməkçisi əslən Zizik kəndindəndir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 aprel 2024.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Quba rayonu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.