VOOZH about

URL: https://az.wikipedia.org/wiki/Gəray

⇱ Gəray — Vikipediya


Məzmuna keç
Vikipediya, azad ensiklopediya
Gəray
👁 Image
41°20′şm.e. 48°19′ş.u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzinhündürlüyü 1.069m
Saat qurşağı
Xəritəni göstər/gizlə

GərayAzərbaycan Respublikasının Quba rayonunun Susay kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir.[2]

Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir.[3]

1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır.[4]

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Qusar maili düzənliyində yerləşir.

Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir[5].

Quba rayonu haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.